Saqiyan kəndi Günəşli kəndi adlandırılıb
25 Dekabr 2020 11:42 SosialPrezident İlham Əliyev Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, bununla da Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılıb.
Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31