Sədr : “AzTV-nin HD yayıma keçməsi üçün işlər aparılır”
25 Dekabr 2020 11:28 Sosial"Əfsuslar olsun ki, Azərbaycan mətbuatında naşı, düşüncə baxımından qeyri-peşəkar insanlar var".
Bunu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayın keçirdiyi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər hansı məsələni kimlərinsə prizmasından işıqlandıran media nümayəndələri də var: "Hər bir tənqidin və müsbət fikrin bir əsası və faktı olmasına çalışmalıyıq. O faktı bizdən eşitmək istəyirsinizsə, biz öz həmkarlarımıza açığıq. Çalışırıq ki, televiziyada baş verənlər barədə operativ və obyektiv məlumatlar verək".
R.Məmmədov əlavə edib ki, yanvar ayından etibarən Azərbaycan Televiziyasının (AzTV) yeni efir otağından yayıma başlayacaq: "AzTV-nin HD yayıma keçməsi üçün işlər aparılır".
Report