Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti artırılıb
25 Dekabr 2020 11:22 SosialPrezident İlham Əliyev "Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası"nın təsdiq edilməsi haqqında 19 mart 2020-ci il tarixli fərmanına dəyişiklik edib.
Olaylar.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Fondun fəaliyyət müddəti 1 il uzadılaraq gələn il dekabrın 31-nə qədər müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31