Polis 17 aktiv koronavirus xəstəsini saxladı

Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən "Olaylar"a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 10 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31