Məktəb direktoru qonaqlıq verdi, evindən 15 min manat yoxa çıxdı: oğru kim olsa yaxşıdır? - RÜSVAYÇILIQ

Olaylar.az xəbər verir ki, Facebook istifadəçisi Elçin Bayramov yazır: Bir müddət əvvəl Qusar rayon Mucuq kənd məktəbinin direktoru Zaur Məlikov oğlu Kənan üçün universiteti bitirməyi münasibətilə 40-45 nəfərlik məclis təşkil edib.

Məclisdən sonra direktorun evindən 15 min manata yaxın pul itib. Bir müddət sonra pulun bir hissəsi, yəni 5 min manatı qoyulduğu yerdə peyda olub.

Məlum olub ki, pulu direktorun oğlu Kənan oğurlayıb.

5 min manatı isə görün hara xərcləyib.

O, qonşu Həzrə kəndindən bir qız sevirmiş. Qızın da universitetdə kəsrləri olub. Oğlan pulu qıza, qız da universitetə verib kəsrləri bağlatdırıb. Yerdə qalan 5 min manat isə hələ də tapılmayıb.

musavat

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31