Spikerdən etiraz: “Reqlament 10 dəqiqə olacaq, bu, sıradan iclas deyil”

Mİllət vəkilləri dekabrın 24-də keçirilən parlamentin plenat iclasında çıxışların reqlamentinin 5 dəqiqə olmasını təklif ediblər. "Olaylar"ın məlumatına görə, parlamentin sədri Sahibə Qafarova isə bu təklifi qəbul etməyib. Sədr bildirib ki, dünən burda olan deputatların hamısı koronavirus testindən keçib: "Burada yoluxan deputat yoxdur. Dünən hamısı test verib. Kim karantinə, koronavirusa görə narahatdırsa, bunu nəzərə alsın. Reqlament 10 dəqiqə olacaq. Bu, sıradan iclas deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31