Niyə yoluxanların çoxu xəstəxanada ölür? - COVID-19 / AÇIQLAMA

Koronavirusa yoluxma və ölüm hallarında artım müşahidə olunur. Xüsusilə xəstəxanalarda müalicə alan xəstələr arasında ölüm halları üstünlük təşkil edir. Bu səbəbdən də bəzi insanlar xəstəxanaya getməkdən ehtiyat edir və ev şəraitində müalicəyə üstünlük verir.

Sosisal şəbəkələrdə də xəstəxanada ölüm hallarının çox olması ilə bağlı müxtəlif fikirlər paylaşılır.

Bəs bu, nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı  danışan həkim Vasif İsmayıl bu düşüncənin yanlış olduğunu bildirib:

"Bu düşüncə tamamilə yanlışdır və heç bir əsası yoxdur. Cəmiyyətdə belə bir düşüncə formalaşdırmaq çox səhvdir. Çünki xəstəxanalarda daha çox ağır xəstələr müalicə alır və bu səbəbdən ölüm halları evdə müalicə alanlardan daha çox qeydə alınır. Qeyd edim ki, evdə müalicə alan xəstələr arasında da dünyasını dəyişənlər var. Məsələn, bibim dünən evdə dünyasını dəyişdi. Hesab edirəm ki, insanlar fikir səsləndirəndə bunu əsaslandırmalıdır".(redaktor.az)

Kultura.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31