Mikayıl Cabbarov: “Beynəxalq layihələr məhz Qarabağda həyata keçiriləcək”

"Növbəti ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması üçün 2,2 milyard manat ayrılacaq". "Olaylar" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında bildirib: "Hesab edirəm ki, həmin ərazilərin investisiya qoyuluşu gələcəkdə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişafına şərait yaradacaq. Beynəxalq nəqliyyat-kommunikasiya layihələri məhz Qarabağda həyata keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31