Daha bir vəkil koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir vəkil dünyasını dəyişib.

"Report" xəbər verir ki, 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov COVID-19 xəstəliyindən vəfat edib.

Vəkillər Kollegiyasından məlumatı "Report"a təsdiqləyiblər.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31