Dənizçilər könüllü qanvermə aksiyasında iştirak ediblər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) əməkdaşları könüllü qanvermə aksiyası keçiriblər. Qanvermə aksiyası ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda və "Bibiheybət" Gəmi Təmiri Zavodunda təşkil olunub.

Olaylar.az Trend-ə istinadən bildirir ki, ASCO-nun kollektivi nəcib aksiyada böyük həvəslə iştirak ediblər. Könüllü qan verənlər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin qaydalarından irəli gələn bütün tədbirlərə əməl olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31