Azərbaycanda daxili borclanma üçün kifayət qədər resurslar var - Elman Rüstəmov
23 Dekabr 2020 15:18 SosialAzərbaycanda daxili borclanma üçün kifayət qədər resurslar var.
Milli.Az "Olaylar.az"a istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, Azərbaycan daxili bazarını vətəndaşlara, kiçik investorlara, o cümlədən xarici investorlara açmaq niyyətindədir.
O qeyd edib ki, daxili borclanma bazarını inkiaf etdirmək olduqca əhəmiyyətlidir və digər ölkələrdə də bu təcrübədən istifadə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31