Moldovanın baş naziri istefa verdi
23 Dekabr 2020 14:37 SosialMoldovanın baş naziri İon Kiku istefa verib.
Olaylar.az-ın məlumatına görə, bu barədə nazir özü brifinq zamanı elan edib.
O bildirib ki, yaxın zamanlarda mövud hökumətin istefası və növbədənkənar parlament seçkilərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, noyabr ayında keçirilmiş prezident seçkilərində Maya Sandu qalib gəlmişdi. Dekabrın əvvəlində o, hazırkı hökuməti istefaya çağırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31