Azərbaycan və İran Araz çayı üzərində 2 SES tikəcək
23 Dekabr 2020 14:06 SosialAraz çayı üzərində 2 ədəd Su Elektrik Stansiyasının (SES) inşa olunması ilə əlaqədar İran və Azərbaycan arasında yekun razılaşma əldə olunub.
Olaylar.az-ın məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian bu gün hökumətin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.
R.Ərdəkanianın sözlərinə görə, bu stansiyaların elektrik istehsalı potensialı 280 meqavat saat olacaq.
O, əlavə edib ki, ötən gün "Xudafərin" hidroqovşağının inşası ilə əlaqədar maliyyə məsələləri həll olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31