Nazir pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirindən danışdı

"Karantin rejiminin tətbiqi istehlak bazarında 7,8% azalma ilə nəticələnib". "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir  koronavirus pandemiyası ilə mübarizə və qlobal dəyər zəncirinin pozulmasının Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədiyini də qeyd edib. Mikayıl Cabbarov bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala qeyri neft-qaz sektoru üzrə investisiya qoyuluşunun 11 % azaldığını, neft-qaz sektoru üzrə isə 7,8 % artdığını vurğulayıb. Nazir həmçinin bildirib  ki dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın əhaliyə təsiri azalıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31