Nazir: “Əhalinin gəlirləri 4 faiz aşağı düşüb”

"Pandemiyanın baş verməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Mikayıl Cabbarov  koronavirusla yanaşı, hərbi vəziyyətin də ölkə iqtisadiyyatına təsir etdiyini bildirib: "Özəl sektorda investisyalar 8 faiz artıb. Yanvar- noyabr aylarında əhalinin gəlirləri 4 faiz  aşağı düşüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31