“Gəncə Şərab-2” şirkəti “YAŞAT” Fonduna  100 min manat köçürdü

"Gəncə Şərab-2" şirkəti Qarabağda yaralanan və şəhid olanların ailələrinin sosial təminatını yaxşılaşdırmaq üçün "YAŞAT" Fonduna 100 min manat ianə köçürüb. "OLAYLAR"-a şirkətdən bildirilib ki,  eləcə də, Gəncədə raket hucumu zamanı evi dağılan müəssisənin əməkdaşına 5 min manat, döyüşlərdə iştirak edən əsgərlərin ailələrinə 2100, Vətən müharibəsində iştirak edən 5 əməkdaşın hər birinə 250 manat olmaqla 1250 manat, 4 nəfərə isə 400 manata qədər hər ay əmək haqqı ödənilir. Şirkət Gəncə Hərbi Hospitalına yardımlar edib, o cümlədən əsgərlərimizin isti geyimlərlə təmin olunması, müharibə zonasına əhəmiyyətli yüklərin çatdırılması və eləcə də oradan mühüm yüklərin çıxarılmasını həyata keçirib. Yük maşınlarını ordumuzun istifadəsinə verən bu müəssisə Gəncənin şəhid övladlarının ailəsinə öz dəstəyini göstərməkdə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31