50 təhsil müəssisəsində inspeksiya layihəsi həyata keçirilib
22 Dekabr 2020 14:50 SosialTəhsil Nazirliyinin müvafiq əmrinə əsasən, respublikanın 50 ümumi təhsil müəssisəsində inspeksiya layihəsi həyata keçirilib.
"OLAYLAR"-a Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, bu layihənin həyata keçirildiyi ümumi təhsil müəssisələrinin 25-i BŞTİ-nin tabeliyindəki məktəblərdir.
2020-ci təqvim ilinin mart-may aylarını əhatə etmiş inspeksiya zamanı məktəb sənədlərinin yoxlanılması, dərslərin dinlənilməsi, mərkəzləşdirilmiş imtahanların nəticələri, müəllim, şagird və valideynlər arasında sorğuların keçirilməsi, təhlükəsizlik və sanitariya-gigiyena vəziyyətinin öyrənilməsi həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31