AzTV ən çox baxılan televiziya kanalı oldu

"44 günlük müharibə dövründə televiziyalar əhalinin əsas informasiya mənbəyi kimi çıxış edib. 90,4 faiz insan informasiyanı TV-lərdən alıb".

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bu gün keçirilən brifinqdə deyib.

O, TV-lərin 44 günlük reytinqini açıqlayıb: "Ən çox baxılan TV kanalı 62,6 faizlə Azərbaycan Televiziyasıdır (AzTV). İkinci yerdə ATV dayanır - 60,2 faiz. Xəzər TV 59,8 faizlə üçüncü yerdə qərarlaşıb.

Bu dövrdə televiziya kanallarının əksəriyyəti - həm AzTV, həm ATV və digərləri cəbhə bölgələrindən birbaşa bağlantılar edirdi, əməkdaşları özlərini təhlükəyə ataraq əhalini və dünyanı informasiya ilə təmin etməkdə idilər".

https://www.youtube.com/watch?v=4VspwRCgli0

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31