Azərbaycanda yeni medal təsis olunur
22 Dekabr 2020 12:31 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Olaylar"xəbər verir ki, dəyişikliklə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalı" təsis olunur. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31