Bakıda kişi və qadın dəm qazından zəhərlənərək öldü
22 Dekabr 2020 11:26 SosialBakının Xətai rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, dekabrın 21-də saat 18:00-da Məhəmməd Hadi küçəsindəki 96 nömrəli evdə Şamil İbrahimovun (1988-ci il təvəllüdlü) və Gəncə sakini Emilya Bağırovanın (1981-ci il təvəllüdlü) cəsədləri tapılıb.
Məhkəmə tibbi ekspertizasının ilkin nəticəsinə görə, onlar dəm qazından zəhərlənərək ölüblər.
Faktla əlaqədar istintaq başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31