Səhiyyə Nazirliyi rezidenturanı bitirənlərlə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərin təyinat vaxtı ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31