27 122 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub
21 Dekabr 2020 13:03 SosialCari tədris ilində BŞTİ-nin tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 1092 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 27 122 uşaq cəlb olunub. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, 36 923 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb
Ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə (sy.edu.az) həyata keçirilib.
2020-ci ildə 36 923 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31