Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib
21 Dekabr 2020 13:00 SosialMövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə yaradılmış Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib.
"OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə Alternativ qeydiyyat mərkəzlərinə gəlmədən, müəyyən edilmiş "Whatsapp" nömrələri vasitəsilə zəruri köməklik göstərilib.
Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müvafiq normaların qorunması məqsədilə tətbiq olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31