Şabranda karantin rejimini pozan çayxana Aşkar edilib
21 Dekabr 2020 11:39 SosialŞabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Olaylar"a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olarkən rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkar ediblər. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunan qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31