Paytaxtın mərkəzində 4 mərtəbəli Bina yanır

Bakının mərkəzində yqaşayış binasında yanğın olub. "Olaylar" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31