BŞTİ-nin tabeliyində 308 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 308 ümumi təhsil müəssisəsi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5  Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir.

"OLAYLAR"-a İdarədən bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 455 994 şagirdin təlim-tərbiyəsi ilə 27 686 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 904, IX siniflərində 35 615, XI siniflərində 20 420, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 149 nəfər təhsil alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31