Xalq artisti koronavirusa yoluxdu

Xalq artisti Sabir Əliyev koronavirusa yoluxub. "Olaylar" xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib. O, "Facebook" səhifəsində məlimat paylaşaraq 72 yaşlı xanəndənin vəziyyətinin ağır olduğunu qeyd edib: "Azərbaycan Respublikasının xalq artisti, dəyərli sənətkarımız koronavirus xəstəliyinə tutulub. Reanimasiyadadı, vəziyyəti pisdi. Dostlar hamılıqla dua edək indi ancaq əlimizdən gələn dua eləməkdi. Allah köməyi olsun tezliklə aramızda görək inşallah".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31