Ceyhun Bayramov Vaterlooda Natəvanın abidəsini ziyarət etdi - FOTO
19 Dekabr 2020 15:53 SosialBelçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Vaterloo şəhərində Azərbaycanın görkəmli şairi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət edib və abidənin önünə tər çiçəklər qoyub.
Bununla bağlı fotoları XİN yayıb.
Bildirilib ki, Azərbaycan şairi Xurşidbanu Natəvanın abidəsi Vaterloo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31