Koronavirusun daha sürətlə yayılan yeni mutasiyası aşkarlandı
19 Dekabr 2020 12:05 SosialCənubi Afrika Respublikasının (CAR) genetikləri koronavirusun yayılmasının ikinci dalğası fonunda ölkədə COVID-19-un mutasiyasını aşkar ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Bundan əlavə, Cənubi Afrika Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, 501.V2 adlandırılan yeni növ birinci dalğa ilə müqayisədə daha sürətlə yayılır, əsasən gənclər arasında ağır COVID-19-a səbəb olur.
CAR-ın Səhiyyə naziri Zveli Mxize bildirib ki, koronavirusun yeni növünün narahatlıqlara səbəb olmasına baxmayaraq, hazırda əhalinin təlaşa düşməsi üçün səbəb yoxdur. O, qoruyucu maska və əlcək taxmaq, həmçinin koronavirus pandemiyasına görə tətbiq edilmiş başqa qaydalara riayət etmək zərurətini xatırladıb. /report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31