“Qaydanı pozanlar da imkanlı və arxalı adamlardır”

Deputat: "Kiçik kafe sahiblərini 2-3 manatlıq çaya görə o qədər cərimələmək evini yıxmaq deməkdir"

"Bakı şəhərində polis postlarının azlığına, vətəndaşların tıxacda incidilməməsinə görə müvafiq idarəyə təşəkkür edirəm. Doğru qərardır, hər tərəfdə post yaradıb, tıxac yaratmağa ehtiyac yoxdur. 3 saat icazə alıb evindən çıxır, onun da iki saatını tıxacda dayansa, nə mənası. Bir daha təşəkkür edirəm və bildirim ki, xidmətlərin təkmilləşməsini gördükcə ürəyim fəxrlə dolur. Bizim xalqımız gözəl xalqdır, hər dildən başa düşür. Dilini tapmaq lazımdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Milli Məclisin iclasında çıxışı zamanı qeyd edib. Bildlrib ki, fiziki şəxslər üçün cərimələrin olmamasını alqışlayır: "Vəzifəli və hüquqi şəxslər üçün cərimələrin artırılmasını isə bəyənə bilmirəm. Sahibkarlara birinci dəfə ciddi xəbərdarlıq edək, sonra isə cərimə. Şans verək. Çox şans vermişik də deməyək. Allah-təala tövbə qapısını hər zaman açıq qoyub. 80 yaşında belə günahlarınla içəri girib, günahsız çıxa bilirsən. Qaydanı pozanlar da imkanlı və arxalı adamlardır, bəzən heç onların darvazasını döyən də yoxdur. Kiçik kafe sahiblərini 2-3 manatlıq çaya görə o qədər cərimələmək evini yıxmaq deməkdir. Qoy birinci dəfə xəbərdarlıq olsun və sabah cərimə olunanda üstümüzə gəlməsin ki, küməmi yıxdınız, balalarımı ac qoydunuz. Mən bütün vətəndaşlarımıza müraciət edirəm.  Xahiş edirəm ki, qaydalara əməl edin, özünüzü qoruyun və dövlətimizi də çıxılmaz vəziyyətdə buraxmayaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31