"Tərəqqi" liseyi “YAŞAT” Fonduna ianə edib
18 Dekabr 2020 15:21 Sosial"YAŞAT" Fonduna ianə köçürən qurumların sayı artmaqda davam edir. "Olaylar" xəbər verir ki, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin kollektivi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - "YAŞAT" Fonduna 5500 AZN köçürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31