İcbari tibbi sığorta xidmətləri daha 1 il ƏDV-dən azad edilir
18 Dekabr 2020 13:21 Sosialİcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, qüvvədə olan qanuna əsasən (164.1.51-ci maddə), icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha 1 il artırılır. Beləlkilə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad olacaq. Qanun layihəsi bir oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31