Deputat: “Düşmən həm də mədəni irsimizə də göz dikib”
18 Dekabr 2020 13:05 Sosial"Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" nominasiya sənədi UNESCO-nun Reprezentativ Siyahısına daxil edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul edilməsi Birinci Vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir: "Ali Baş Komandanımızın bu gün istər diplomatiya masasında, istərsə də cəbhədə əldə etdiyi qələbələrdə Mehriban xanımın da mədəniyyət sahəsində əldə etdiyi qələbələrin rolu danılmazdır. Biz bu istiqamətdə də işləri davam etdirməliyik. Çünki bizim düşmənimiz təkcə torpaqlarımıza deyil, mədəni irsimizə də göz dikib."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31