Spiker deputatdan konkret fakt istədi

"Son günlər şəhid ailələrinin, qazilərin incidilməsi halları ortaya çıxır". "Olaylar" xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasındakı  çıxışında deyib. Deputat qeyd edib ki, belə bir məsələyə qətiyyən yol vermək olmaz: "Prezidentin həmin ailələrə qayğısı bəzən xırda məmurlar tərəfindən yerinə yetirilmir".

Spiker Sahibə Qafarova deputatdan xahiş edib ki, həmin şəxslərin adlarıyla bağlı məlumat versin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31