8 Noyabrın Azərbaycanda qeyri-iş günü olması Təsdiqləndi
18 Dekabr 2020 12:40 SosialAzərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir. Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31