Könüllü orduya qatılan şəhid Vahid Abbasov
18 Dekabr 2020 11:24 SosialAbbasov Vahid Sahib oğlu 1994-cü ilin 10 noyabr tarixində Şəki şəhərində dünyaya göz açıb.
Bakı şəhəri Binəqədi rayonunda yaşayan Vahid 2000-2011ci ildə 47 nömrəli orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. 2015-2017ci illərdə Murovdağda xidmət edib.
Vahid hərbi xidmətdə olan zaman 2 erməni kəşfiyyatçısını ələ keçirərək hərbi hissənin rəhbərliyinə təhvil verir və bu şücaəti rəhbərlik tərəfindən xüsusi təşəkkürnamə ilə qiymətləndirilib.

O, həm də 2016-ci il Aprel döyüşlərində də vuruşub.
Vətən müharibəsi başlayanda Vahid könüllü olaraq orduya qatılır. Füzuli uğrunda gedən döyüşlərdə xüsusi bacarıq göstərib.
Döyüş zamanı bir çox erməni canlı qüvvəsini və texnikasını məhv edən Vahid yaralı döyüş yoldaşlarını da unutmur. O, yaralı döyüşçüləri çiynində daşıyaraq döyüş meydanından cıxarır və ilkin tibbi yardım göstərir.
Oktyabrın 22-də başından qəlpə alaraq şəhidlik zirvəsini fəth edən Vahid Abbasov evin tək oğlu idi.
Gülər Seymurqızı
Olaylar.az