Deputat onlayn qebul kecirdi

Deputat Novruz Aslanov COVİD-19 pandemiyası dövründə seçiciləri ilə davamlı olaraq onlayn formatda və ya telefon vasitəsilə əlaqə saxlayır. Dekabrın 17-də İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib. "Olaylar" xəbər verir ki seçicilər millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada əlaqə saxlayır və mövcud problemlər barədə  millət vəkili ilə müzakirələr aparıblar. Sakinlər hər həftənin IV günü telefon vasitəsilə sərbəst şəkildə Novruz Aslanovla əlaqə saxladıqlarından məmnunluqlarını bildirmiş və deputata təşəkkür ediblər. Müraciət edənlər həmişə olduğu kimi qeydiyyata alınıb, bir neçə məsələ operativ olaraq həll edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31