Meliorasiya və Su Təsərrüfatı ASC “YAŞAT” Fonduna 200 min manat ianə edib
17 Dekabr 2020 18:21 SosialAzərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-i Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara dəstəyini bildirərək "YAŞAT" Fonduna 200 min manat məbləğində vəsait köçürüb. Bu barədə məlumat "OLAYLAR"-a Səhmdar Cəmiyyətdən daxil olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31