Deputat: “Bəzi məsuliyyətsizlərin virusla "müttəfiqliyi" üzündən doğmalarımızı itiririk”
17 Dekabr 2020 15:32 SosialCOVİD-19 diaqnozu qoyulan xəstələrin sərbəst şəkildə evi tərk edərək ictimaiyyət arasına çıxamaları cəmiyyət tərəfindən mənfi qarşılanır. "Olaylar" xəbər verir ki, millət vəkili Sahib Alıyev qeyd edib ki, Daxili İşlər Nazirliyinin açıqlamasına baxıram dəhşətə gəlirəm, bəziləri edilən xəbərdarlıqlara məhəl qoymayaraq koronavirusa yoluxduqlarını bilə-bilə ictimai yerlərdə gəzib-dolaşmaqdan çəkinmirlər: "Açığı bu, sözün hər anlamında xəstəlik göstəricisidir. Davranışlarına heç cür haqq qazandırmaq mümkün olmayan belələrindən xeylisi saxlanılıb, bəziləri haqqında cinayət işi başladılıb və düz də edilib. Yumşaq desək, həm də bəzi məsuliyyətsizlərin virusla "müttəfiqliyi" üzündən bu gün biz, elə onlar özləri də doğmalarımızı itiririk".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31