Deputat “YAŞAD” Fonduna ianə etdi

Mİllət vəkili Fazil Mustafa "YAŞAT" fonduna əmək haqqının müəyyən hissəsini köçürüb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkilinin özü bildirib: "Şəhid və qazilərimizn ailələri üçün dəstək xarakteri daşıyan ölkə prezidenti tərəfindən yaradılan "YAŞAT" fonduna Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarovanın çağırışına qoşularaq əmək haqqımın müəyyən hissəsini köçürdüm. Məbləği yazmağı öz etik mülahizələrimə görə doğru saymıram. Şəhidlərimizin və qazilərimizin ailələrinə dəstək vermək dövlətin olduğu qədər, bütün imkanı çatan vətəndaşıarımızın şərəf borcudur. Allah onların ruhlarına şad etsin, qazilərimizə şəfa versin! Qarabağı- Vətən torpağını onlar öz ömürlərini, sağlamlıqlarını ortaya qoyaraq yaşayan nəsillərimizə qaytarıblar, hər günümüzün duası da, şükranlığı da mütləq və mütləq onları yad etməklə başlamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31