Evdən 7 min oğurlayan şəxs saxlanıb

Bakıda oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş S.Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 mənzildən ümumilikdə 2010 manat pul, 5350 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31