Paytaxt qəbristanlığından oğurluq edilib

Bakının Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarını əməliyyat keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayında Binəqədi şossesinin kənarında yerləşən qəbristanlıqda iki məzarın ətrafına çəkilmiş 2 000 manat dəyərində olan dəmir məhəccərləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Orucov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31