Koronavirusa yoluxmuş şəxslər üçün VACİB XƏBƏR VAR...

"Koronavirusa yoluxduqdan bir müddət sonra antitellər məhv olur. Bu səbəbdən virusa yoluxmuş şəxs yenidən yoluxa bilər".

Olaylar.az xəbər verir ki, bu sözləri həkim Qalib Əsədov deyib. O bildirib ki, ilk dəfə yoluxan zaman insanlar xəstəliyi nə qədər ağır keçirsə, immunitet bir o qədər güclü olar:

"Yüngül keçirən insanların 2-3 aydan sonra yenidən yoluxması halı baş verdiyi halda, xəstəliyi ağır keçirənlərdə təxminən 6-7 ay immunitet güclü olur. Həmçinin, təkrar yoluxma zamanı xəstəliyin yüngül keçirildiyi bildirilsə də, bəzi şəxslərdə bu özünü doğrultmur. Bu gün bütün dünyada təkrar yoluxma halına rast gəlinir. Təkrar yoluxmalar qısamüddətli immunitetin yarandığını göstərir ".(redaktor.az)

Həkim Qalib Əsədov: Karantin bir qədər də davam eləsə insanlarda kütləvi  psixoz halları yarana bilər - YouTube

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31