Qarabağda axtarış qrupları artırılıb - Perepelkin son məlumatları verdi
17 Dekabr 2020 11:02 SosialRus istehkamçıları Qarabağda 6000-dən çox partlayıcı maddəni zərərsizləşdirib.
Olaylar.az xəbər verir ki, bu barədə kontingent mərkəzinin müavini Dmitri Perepelkin jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, bu günədək Qarabağda 200 hektara yaxın ərazi təmizlənib, 405 binada partlayıcı maddə olub-olmadığı yoxlanılıb.
Perepelkin əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə birlikdə Ermənistan və Azərbaycan tərəfləri arasında ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı davam edir.
O, işin səmərəliliyini artırmaq üçün axtarış qruplarının sayının üçdən beşə qaldırıldığını bildirib.(publika)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31