Türkiyədən Azərbaycana daha bir QARDAŞ DƏSTƏYİ: "31 mindən çox..."
16 Dekabr 2020 16:33 SosialTürkiyədən Azərbaycandakı şəhid ailələrinə dəstək gəlib.
Olaylar.az xəbər verir ki, 44 gün davam edən müharibədən sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edir.
Belə ki, sağlıq vasitələrindən ibarət yardım paketi TƏBİB-ə çatdırılması üçün Azərbaycan Müdafiə Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, indiyədək Türkiyə tərəfdən şəhid ailələri üçün ümumilikdə 31 mindən çox tibbi önlük, təxminən 5 min test dəsti, 2 min 500 yataq dəsti və 91 min 200 mililitr süd təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31