“Xəstəxanada yatmaq üçün vətəndaş 2-5 min manat rüşvət verməlidir” – Sərt ittihamlar
16 Dekabr 2020 14:27 SosialCOVİD-19 koronavirusu səhiyyə sistemindəki korrupsionerlər üçün demək olar ki, gəlir mənbəyinə çevrilib".
Olaylar.az xəbər verir ki, bu ittihamlarla siyasi şərhçi Elçin Alıoğlu sosial şəbəkə hesabında çıxış edib. O, TƏBİB-i və Səhiyyə Nazirliyini rüşvət almaqda və rüşvət alanları cəzalandırmamaqda günahlandırıb və qeyd edib ki, bu xəstələr üçün istifadə olunan iynə və dərmanların qiymətləri süni şəkildə qaldırılır. Hətta xəstələr üçün ayrılan dərmanlar belə satışa çıxarılır. Xəstələrə veriləcək 1 doza preparat 3 yerə bölünərək 3 xəstəyə verilir:
Bəzi dərmanlar - "Kleksan", antiqoaqulyantlar, "Acetaminophen", "İbuprofen", "Naproxen", "Favipiravir", "Arbidol", "Azitromitsin", "Hidroksixloroxin", "Qrippferon", "İnqavirin", "Qalavit", "Avifavir", "Koronavir", "Remdesivir", "Lopinavir", "Deksametazon" - apteklərdə əvvəlki dönəmlərlə müqayisədə dəfələrlə baha qiymətə satılır.
Bununla yanaşı, o, xəstəxanalarda çarpayı yerləri də satılır. Koronavirus xəstəsi Bakıda daha yaxşı xəstəxanada müalicə almaq üçün 2-5 min manat aralığında rüşvət verməlidir.
Digər tərəfdən də təcili tibbi yardım maşınları çağırıldığı zaman, onun gəlməsini xəstə günlərlə gözləməli olur. Gözləmək istəmədiyi təqdirdə isə rüşvət verməlidir.
Bu barədə şikayətlərin sayı durmadan artmasına baxmayaraq, hələ də məsələ ilə bağlı heç bir tədbir görülmür".
Məsələ ilə bağlı adıçəkilən qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq(correct.az)