Bu il 2 842 əkiz, 96 üçəm, 4 dördəm doğulub

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106569 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil etmişdir. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 2842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31