Aqrar İnkişaf Könüllüləri ağacəkmə kampaniyasına başlayır
16 Dekabr 2020 13:03 SosialAqrar İnkişaf Könüllüləri Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasına başlayıb. Aksiya Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı ilə əməkdaşlıq çərçivəsində keçirilir. Könüllülər hər rayonda həmin rayondan olan şəhidlərin sayı qədər ağac əkməyi planlaşdırırlar. 2783 xatirə ağacının əkiləcəyi kampaniyanın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31