Azərbaycanın alacağı koronavirus peyvəndi ilə bağlı RƏSMİ AÇIQLAMA
16 Dekabr 2020 12:46 Sosial"Ölkələrin peyvənd satın alması üçün təsdiqə ehtiyacları yoxdur".
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
O bildirib ki, yeni çıxan vaksinlərlə bağlı təsdiq prosesindən keçmiş bir peyvənd yoxdur:
"Hazırda hər şey yenidir. ÜST yaxın zamanda təcili vəziyyət üçün vaksinlərin satın alınması və istifadəsi üçün lazımi tövsiyələrini açıqlayacaq. bunu izləyə bilirsiniz".
"Azərbaycana hansı vaksin gəlirsə-gəlsin,biz onların ümumi olaraq faydalı olacağını düşünürük", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31