Koronavirusdan daha böyük TƏHLÜKƏ - Dünyanın sonu ola bilər...

Dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda yeni təhlükə mənbəyi yaranıb.

Olaylar.az xəbər verir ki, 3900 kvadrat kilometr böyüklüyü olan A68a aysberqi 3528 kilometr səthə sahib adaya sürətlə yaxınlaşıb. Mütəxəssislər bu hadisəni bəşəriyyəti sona çatdıra biləcək fəlakətlər zəncirindəki ilk halqa kimi qələmə veriblər.

Aysberqin bu ay ərzində ada ilə toqquşması ehtimal olunur.

İngilis Antarktika Tədqiqat Mərkəzinin araşdırma qrupunun yanvar ayının sonunda bölgəyə gedəcəyi bildirilir. 

Qrupun məsafədən idarə olunan iki sualtı planer və digər cihazlarla nümunələr toplayacağı və aysberqin ətraf mühitə təsirlərini araşdıracağı gözlənilir.(redaktor.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31